Lider TV

«Formula - 1» yarışına geri sayım başladı


2016-cı ildə Bakıda keçiriləcək «Formula-1»ı avropa qran-prisinə bilet satışı və geriyə sayım artıq başlayıb. Bu münasibətilə Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilib. Dənizkənarı Milli Parkda müxtəlif əyləncə zonaları hazırlanmışdı. Təşkilatçılar burada əvvəlcə paytaxt sakinlərinə yarış haqda məlumat verdi. Həmçinin “Formula - 1”-in atributları nümayiş etdirildi.
Bu mohtəşəm yarışda istəyənlər könüllü iştirak edə bilərlər. Bunun üçün yalnız təşkilat şirkətinin saytına daxil olmaqla qeydiyyatdan keçmək lazımdır. Dünyaca məhşur «Formula - 1» yarışının gələn il ölkəmizdə keçirilməsindən şəhər sakinləri çox məmnundur. Əyləncə zonalarında tanıtımın ardından şəhər sakinləri üçün konsert proqramı təqdim olundu. Konsertdə tanınmış yerli və xarici müğənnilərin ifası coşqu ilə qarşılandı. Sonda isə atəşfəşanlıq oldu.
Qeyd edək ki, «Formula - 1» Avropa qran-pri yarışı iyunun 17-də başlayacaq.

Seymur İlham




09:00 / 21.12.2015     Çap et  Çap et