Lider TV

BDU – da analitik kimya kafedrasının yaradılmasından 80 il ötür


«Elmdə uğur əldə etmək üçün maddi texniki bazanın olması vacibdir». Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrov, analitik kimya kafedrasının yaradılmasının 80 illik yubleyinə həsr edilmiş konfransda belə deyib. Bildirib ki, universitet bu istiqamətdə bir sıra islahatlar həyata keçirib.
Müasir dövrdə yaxşı mütəxəssis olmaq üçün nəzəri biliklər kifayət deyil. Uğurun yolu praktik biliklərdən keçir.
Bakı Dövlət Universitetinin laboratoriyaları müasir tələblərə cavab versə də. Bu istiqamətdə görüləsi çox iş var. Universitet müxtəlif proqram və qrant layihələrindən əldə etdiyi gəlirin böyük hissəsini maddi texniki bazanının gücləndirilməsinə yönəldir.
Laboratoriyalar 30 dan artıq müasir avadanlıqlarla təchiz edilib. Tələbələr burda nəzəri biliklərini təkmiləşdirərək bir sıra sınaqlar həyata keçirə bilərlər.
Bu sahədə tələbə mübadiləsinə də böyük önəm verilir. Bu gün 80 illiyini qeyd edən analitik kimya kafedrasının uğurları xarici mətbuatın da diqqətindən kənar qalmır.
Bu gün Bakı Dövlət Universitetində analitik kimya kafedrasının 80 illik yubleyinə həsr edilmiş «Koordinasion birləşmələr kimyası» adlı 6-cı respublika konfransı keçirildi. Bildirildi ki, fakultə ölkəmizdə kimya elminin inkişafında böyük rol oynayır. Gənc alim və mütəxəsislərin yetişməsi, araşdırmaların aparması üçün lazımı şərait yaradılır. Tədbir iştirakçıları həm də fakultənin tarixini əks etdirən fatolara baxdılar.
Sədaqət Süleymanova




19:00 / 16.12.2015     Çap et  Çap et