Lider TV

Ankara cavab tədbirləri hazırlayır


Rəsmi Ankara Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırlayır. Bəyanatı Türkiyənin baş naziri Əhməd Davutoğlu parlamentdəki çıxışı zamanı səsləndirib. Bildirib ki, Türkiyə Rusiyanın sanksiyalarından çəkinmir. «Türkiyə Rusiya ilə bütün mövzularda danışıqlar aparmağa hazırdı. Lakin Türkiyəyə heç kəs heç nəyi diktə edə bilməz» - Davudoğlu belə deytb. Bildirib ki, lazım olsa, Türkiyə cavab addımları atacaq. Baş nazir əlavə edib ki, sanksiyalardan zərər çəkən sahələrə yardım üçün tədbirlər planı işlənir. Bəzi sektorlara dəyən ziyanı azaltmaq üçün artıq müəyyən addıimlar atılıb. Türkiyə höküməti xüsusilə turizm sektoruna diqqəti artıracaq. Ankaranın Rusiyaya qarşı gözlənilən sanksiyaları 2016-cı il, yanvarın birindən qüvvəyə minəcək. Rusiya prezidentinin qərarı ilə Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar da həmin tarixdən icra edilməyə başlayacaq. Bununla belə, Kremlin göstərişi əsasında artıq Türkiyədən Rusiyaya göndərilən məhsulların çatdırılmasına və bu ölkədə çalışan türk iş adamlarına ciddi maneələr yaradılır.




19:00 / 08.12.2015     Çap et  Çap et