Lider TV

Aygün Səmədzadənin “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçirilib


Heydər Əliyev Sarayında əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçirilib. Tədbirdə hökumət nümayəndələri, respublikanın bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Gecədə bəstəkarın populyar mahnıları ilə yanaşı, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları da təqdim olunub. Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin ideya müəllifi və rəhbəri olan bəstəkar bir çox tanınmış müğənnilərin repertuarında yer alan yüzədək mahnının müəllifidir.




09:00 / 02.12.2015     Çap et  Çap et