Lider TV

Sabahdan daha 1122 dərman vasitəsi vahid qiymətə satılacaq


Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif şurası daha 1122 dərman vasitəsinin qiymətini təsdiqləyib. dekabrın birindən daha 1122 dərman yeni qiymətlərlə satılacaq. Beləlıklə ümumilikdə 2282 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 46 faizinin qiyməti 2 dəfədən, 24 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 95 faiz qiymətlər ucuzlaşıb. Apteklərdə dərmanların vahid qiymətdə olması süni qiymət artımının qarşısını alıb. Tarif şurası indiyədək 3540 dərmanın topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixini təsdiq edib. Dekabrın 21-dən isə daha 1258 dərman vasitəsi yeni qiymətlərlə satılacaq.

Fidan Əliheydər




19:00 / 30.11.2015     Çap et  Çap et