Lider TV

“Qarabağ” “Tottenhem” qarşılaşması keçirildi


Bu gecə futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Təmsilçimiz Ağdamın “Qarabağ” kulubu İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Müdafiə taktikasına üstünlük verən komandalar meydanda elə də təhlükəli vəziyyətlərlə yadda qalmayıblar. Birinci hissənin sonlarında “Qarabağ” təşəbbüsü ələ alıb. Amma futbolçularmız yaranmış vəziyyətdən lazımınca istifadə edə bilməyiblər. Fasilədən sonra da oyun qarşılıqlı hücumlar şəraitində keçib. Təmsilçimiz qol vəziyyətləri yaratsa da, hücumlar nəticəsiz qalıb. “Tottenhem”-də ara-sıra fəallığı ilə seçilib. Qonaqların iki zərbəsi qapı tiri və dirəkdən dönüb. Sonda londonlular 78-ci dəqiqədə Herri Keynin başı ilə vurduğu topla “Qarabağ”-ın qapısına yol tapıblar - 0:1. Oyun bu nəticə ilə başa çatıb.




09:00 / 27.11.2015     Çap et  Çap et