Lider TV

Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib


«UEFA» Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub.
«E» qrupunda növbəti mərhələyə çıxmaq şanslarını az da olsa saxlayan “Bayer” autsayder «Bate» ilə bacarmayıb. Lider “Barselona” isə “Roma”-nı darmadağın edərək sona bir tur qalmış növbəti mərhələyə çıxmağı dəqiqləşdirib.
«F» qrupunun iki eyni xala malik komandası “Bavariya” ilə “Olimpiakos”-un qarşılaşmasında münhenlilər yunanları 4 qolla məyus ediblər. Bu, Qvardiolanın yetirmələrinə növbəti tura çıxmaq üçün kifayət edib. “Arsenal” isə 3 xala malik digər komanda Zaqreb “Dinamo”-sunu 3 dəfə cəzalandırıb.
«G» qrupunda bu oyuna qədər birinci yerdə qərarlaşmış “Portu” Kiyev “Dinamo”-suna uduzub. “Çelsi” isə autsayder “Makkabi”-nin qonağı olub. Londonlular özlərini qonaq kimi aparmayaraq, ev sahiblərinə 4 cavabsız qol vurublar. «H» qrupunda lider “Zenit” “Valensiya”nı 2-0-la məğlub edib. Autsayder "Lion” isə “Gent”-ə uduzub.




09:00 / 25.11.2015     Çap et  Çap et