Lider TV

Rus idmançıların olimpiya oyunlarında iştirakı sual altındadır


Gələn il Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına Rusiya idmançıları buraxılmaya bilər. Bu barədə Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransında bildirilib. Beynəlxalq antidopinq agentliyinin rəhbəri Riçard Paund mətbuat konfransında bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar qeyd şərtsiz diskvalifikasiya ediləcəklər.
Bir müddət əvvəl isə beynəlxalq antidopinq agentliyi rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasını tövsiyə etmişdi. Beynəlxalq antidopinq agentliyinin araşdırmasında əsasən Rusiya idman naziri Vitali Mutko ittiham olunur. Agentlik bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyaların məhz Mutkonun göstərişilə baş verdiyini qeyd edir. Təşkilatın hesabatında bildirilir ki, Moskva antidopinq agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testini məhv edib.
Rusiyanın idman naziri Vitali Mutko isə ünvanına səsələnən bütün ittihamları və həmçinin dopinq analizi keçirənlərə təzyiq göstərilməsi barədə deyilənləri təkzib edərək bunları iftira adlandırıb. Beynəlxalq Antidopinq Agentliyinin hesabatı bu təşkilatın 2014-cü ilin dekabrında Rusiya yüngül atletlərinin kütləvi halda dopinqdən istifadə etdiklərini iddia edən film nümayiş olunduqdan sonra keçirdiyi araşdırmanın nəticələrinə əsaslanır. Həmin film Almaniya televiziyası tərəfindən çəkilib. Film müəlliflərinin iddiasına görə Rusiya, Yüngül Atletika Federasiyasında baş verən pozuntuları ört-basdır edib.




13:00 / 10.11.2015     Çap et  Çap et