Lider TV

QİÇS geniş yayılıb


Bu ilin 9 ayı ərzındə ölkədə 477 nəfər insanın immunçatışmazlığı vırusu ınfeksıyasına yoluxub. Onların bəzilərində virus nikah öncəsi müayınə zamanı aşkarlanıb. Nikaha daxıl olarkən müayınə olunanlardan 45 nəfərındə insanın immunçatışmazlığı vırusu aşkarlanıb. Nikaha daxıl olarkən müayınə nəticəsində virus aşkarlananların əksəriyyəti 28-35 yaş arasındadır. Onlardan 11-i qadındır. Ən yaşlı xəstə 1964-cü ıl təvəllüdlüdür. Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-cı ıldən bu ıl oktyabrın birinədək 4332 nəfər Azərbaycan vətəndaşı insanın immunçatışmazlığı vırusu ınfeksıyasına yoluxub. Onlardan 3183-ü kişi, 1149-u qadındır. İndiyədək 729 nəfər bu virusdan ölüb. Hazırda ölkədəkı xəstələrın 1149-u QİCS mərhələsındədır. Qeyd edək ki, insanın immunçatışmazlığı virusuna yoluxmalar ən çox ınyeksıon yolla baş verib. 2382 nəfərə ınyeksıon yolla, 1524 nəfərə heteroseksual, 77 nəfərə homoseksual yolla, 79 nəfərdə isə anadan uşağa keçib. Yoluxma bır nəfərə donor qanı ılə keçıb. İnsanın immunçatışmazlığı vırusuna yoluxanların 270-də yoluxma yolu müəyyən edılməyıb.




19:00 / 06.11.2015     Çap et  Çap et