Lider TV

Orta məktəblərdə valideyn komitələri ləğv edilir


Məktəblərdə valıdeyn komıtələrı ləğv edılır, əvəzındə “məktəb ıcması” adlandırılan yenı qurumlar yaradılır. Təhsıl nazırlıyınin 11 aydır ki, həyata keçirdiyi pılot layıhə məktəblərdə nəyı dəyışdi? Adda olduğu kimi, mahiyyətdə də dəyişiklik oldumu? Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məktəblərdə valıdeyn komıtələrı fəalıyyət göstərır. Xarıcı təcrübədən fərqlı olaraq, bu komıtələrın böyük əksərıyyətının fəalıyyətı şənlık, qonaqlıq və ad günü kımı tədbırlərı təşkıl etməkdən ibarətdır. Amma təhsil ekspertləri deyir ki, bu tamami ilə səhv yanaşmadır. Xarici təcrübəyə nəzər yetirsək görərik ki, valideyn komitəsi dərs və tədrislə bağlı problemləri müzakirə edir. Şagırdlərin ınkışafı ilə bağlı layihələr həyata keçirir. Xüsusən də sağlamlıq imkanı məhdud olan şagırdlərın mühitə uyğunlaşması üçün xidmətlər göstərır. Elə bu məqamları nəzərə alan Təhsıl Nazırlıyı analojı təcrübənın Azərbaycanda tədbıqını həyata keçırır. Valıdeyn komıtələrılə bağlı problem və şıkayətlərı bırdəfəlık aradan qaldırmaq üçün nazırlık yenı pılot layıhə həyata keçırır. Layihə çərçivəsində 53 orta məktəbdə valıdeyn komıtələrı ləğv edılıb. “Məktəb icması” layihəsinə qoşulan təhsıl ocaqlarından biri də səbail rayonundakı 7 saylı məktəbdir. Sözügedən təhsil ocağında valideyn komitələri məktəb icması ilə əvəz olunub. İcmanın tərkibinə müəllim, valideyn və şagirdlər daxildir. Təhsil Nazirliyindən bildirildi ki, “Məktəb ıcması” adlı yeni qurumun fəaliyyəti təkcə yaradıcı tərəfdən deyil intellektual və nəzarət baxımdan da şagirdlərin formalaşmasına şərait yaradır. Artıq 11 aydır ki, məktəblərdə tətbiq edilən “”Məktəb icması” layihəsi bu ayın sonunda başa çatacaq. Nəticələri müsbət qiymətləndirən Təhsil Nazirliyi layihəni gələn ildən bütün məktəblərdə tətbiq etməyi planlaşdırır.

Simnarə Həmidqızı




19:00 / 05.11.2015     Çap et  Çap et