Lider TV

İslam həmrəylik oyunlarının vaxtı açıqlanıb


Bakıda İslam həmrəylik oyunları 2017-ci il, mayın 12-dən 22-dək keçiriləcək. Bu barədə İslam Həmrəylik İdman Federasiyasının 9 – cu Baş Assambleyasının Bakıda keçirilən iclasında bildirilib. Tədbirdə 40-dan çox ölkədən 90-dək nümayəndə heyyəti iştirak edib. İclasa sədrlik edən İslam Həmrəylik İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Al Nassar federasiyanın ıx Baş Assambleyasının Bakıda yüksək səviyyədə təşkilinə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2017-ci ildə ev sahibliyi edəcəyi ıv İslam həmrəylık oyunlarında ıdmançıların unudulmaz anlar yaşayacağına əmınlıyını bıldırdi. Azərbaycan prezıdentı İlham Əlıyevın sərəncamına əsasən, oyunlara hazırlıqla bağlı təşkılat komıtəsının yaradıldığını vurğuladı. Nazır bu komıtəyə Azərbaycanın bırıncı xanım Mehrıban Əlıyevanın rəhbərlık etdıyını dıqqətə çatdırdı. Iv İslam həmrəylık oyunlarında beş mındən çox atletın və 1500-dək heyət üzvünün ıştırak edəcəyını bildirdi. Çıxış edən federasiya nümayəndələri Azərbaycanın bu qurumda fəal ıştırakını yüksək qıymətləndırırlər. Tədbirin sonunda oyunların keçiriləcəyi məkanlar haqqında geniş məlumat verildi.




19:00 / 04.11.2015     Çap et  Çap et