Lider TV

Danışıqlar nəticəsiz başa çatdı


Vyanada Suriya üzrə keçirilən danışıqlar başa çatıb. Tərəflər bir çox məsələ ilə bağlı razılığa gələ bilməyib. Suriyanın bir neçə bölgəsində antiterror əməliyatları isə davam edir. Son sutka ərzində Suriyada 140-dan çox insan həlak olub.
Rusiya Hərbi Hava Qüvvələrinin Suriyanın hələb şəhərinə endirdiyi avia zərbələr nəticəsində 80 nəfər həlak olub. Son sutka ərzində 25 bölgədə keçirilən antiterror əməliyyatları zamanı 140-dan çox suriyalı həlak olub, yuzlərlə insan yaralanıb. Avstriyanın paytaxtı Vyananda keçirilən suriya üzrə danışıqlar isə nəticəsiz başa çatıb. Görüşün sonunda qəbul edilən sənəddə qeyd olunub ki, fikir ayrılıqlarına baxmayaraq tərəflər Suriyanın suverenliyi və toxunulmazlığı barədə razılaşıblar. Danışıqlar isə ölkədə döyüşlər tam dayandırılana kimi davam ediləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada çıxışı zamanı qeyd edib ki, ölkənin gələcək taleyini Suriya xalqı özü müəyyən etməlidir. ABŞ Suriyaya 50 həbçi göndərəcək. Onların məqsədi Suriya ordusunun hərbçilərin işini koordinasiyası etmək olacaq. «İŞİD» mövqelərinə isə zərbələri intensivləşdirmək üçün türkiyədəki «İncilik» bazasına əlavə təyyəarələr göndəriləcək.




13:00 / 31.10.2015     Çap et  Çap et