Lider TV

Sənaye məhəlləsinə sahibkarların marağı artır


Respublikada ilk olan Neftçala sənaye məhəlləsində istehsal olunacaq bəzi məhsulların adları artıq müəyyən edilib. Bundan əlavə sahibkarların sənaye məhəlləsində məşğul ola biləcəkləri digər qeyri-neft istehsal sahələri də bəllidir. Bu günədək Neftçala sənaye məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı Azərbaycan investisiya şirkətinə 18 layihə təqdim olunub. Onlardan ikisinə - su nasossları və digər suvarma sistemləri avadanlıqları, bir də balıq yemi istehsal edən müəssisələrin yaradılmasına icazə verilib.
Qafqazda ilk olan balıq yemi istehsal müəssisəsinin fəaliyyətə başlamsı, balıqçılığın inkişafına təkan olacaq. Mütəxəssislər deyirlər ki, məhsul artımı ilə yanaşı, yetişdirilən balığın keyfiyyəti yüksələcək. Ən əsası, sahibkarlar əlavə vəsait xərcləmədən yem əldə edərsə, balığın maya dəyəri aşağı düşəcək.
Sənaye məhəlləsində qayıq və balıqçılıq ləvazimatları, eləcə də plastik qapı və pəncərə istehsalı müəssisələrinin yaradılması da nəzərdə tutulub. Bunlardan əlavə təbii məhsullardan sabun hazırlanması, corab və polietilen paketlərin, o cümlədən dam örtükləri və plastik qabların istehsalına şərait yaradılacaq. Sözügedən sahələrlə bağlı artıq nümunəvi investisiya layihələri sahibkarlara təqdim olunub.
Bütün bunlar barədə Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İnvetisiya Şirkətinin Neftçalada keçirdiyi işgüzar forumda məlumat verilib. Bildirilib ki, sənaye məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara güzəştli kreditlər də ayrılacaq. Tədbir çərçivəsində 68 sahibkara 12.3 mln. Manat kredit verilib.

Elman Əliyev




19:00 / 29.10.2015     Çap et  Çap et