Lider TV

Dünyaca məşhur “Toska” Bakı səhnəsində


Opera və Balet Teatrının səhnəsində məhşur “Toska” operası oynanılıb. Tamaşada azərbaycanlı vokal ustaları ilə birgə Gürcüstan və Belarusdan olan sənət ustaları rol alıblır. “Toska” dünya klassik opera sənətinin ən dəyərli nümunələrindəndir. Bəstəkar Cakomo Puççinin bu əsəri Viktoryen Sardunun eyni adlı dramı əsasında yazılıb. Tamaşa üç hissədən ibarətdir və burda hadisələr 19 cu əsrin Romasında cərəyan edir. Bakıda nümaiş edilən operada Toskanın partiyasını teatrın gənc solisti, əməkdar artist İlahə Əfəndiyeva ifa etdi.
Azərbaycanlı aktrisanın tərəf müqabilləri kimi Mario Kavaradossi rolunda Gürcüstanın xalq artisti, dövlət mükafatı və müxtəlif beynəlxalq vokal müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili çıxış etdi. Baron Skarpia rolunu isə Belarus Milli Akademik Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti, Vladimir Qromov canlandırıdı. “Toska” operası uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındadır. Hər dəfə tamaşa müxtəlif vokal ulduzlarının ifasında anşlaqla yadda qalır.

Tural Azəroğlu




09:00 / 26.10.2015     Çap et  Çap et