Lider TV

Qan ver, yaşat!


Aşura günü münasibətilə lənkəranda qanvermə aksiyası keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirinə maraq yüksək olub.
Aksiya şəhərin “Böyük bazar” məscidində təşkil olunub. Lənkəran və qonşu rayonlardan olan yüzlərlə vətəndaş qan verib.
Prosesi Respublika Qan Bankının Lənkəran bölməsi və mərkəzi rayon xəstəxanasının tibb işçiləri həyata keçiriblər. Donorlardan toplanan qan müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Din xadimləri vətəndaşları məhz belə aksiyalarda fəal iştirak etməyə çağırırlar.
Rayon sakinlərinin fəallığı nəzərə alınaraq, qanvermə aksiyası sabah da davam etdiriləcək.

Vurğun Məmmədov




19:00 / 23.10.2015     Çap et  Çap et