Lider TV

“Yay məktəbi” poqramı həyata keçiriləcək


Gələn ildən etibarən Azərbaycan Bakı Dövlət Universiteti ilə Almaniyanın Vürçburq universiteti arasında “Yay məktəbi” rpoqramı həyata keçiriləcək. Hər iki ali məktəbin iki il əvvəl təşkil etdiyi təhsil proqramı çərçivəsində Bakı Dövlət Universitetinin tələbələrinə ikili magistr diplomu təqdim olunub. Azərbaycan universitetlərinin xarıci ölkələrin müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıgı bu gün də uğurla davam etdirilıir. Bakı Dövlət Universitetinin Almaniyanın Vürçburqali təhsil müəssisəsi ilə “Avropa hüququ” ixtisası üzrə imzaladığı müqaviləyə əsasən magistr proqramında iştirak edən 12 tələbəyə diplom verildi. Hər iki universitetin layihəsində iştirak edən tələbələr dövlətin təhsilə göstərdiyi diqqəti yüksək qiymətləndirdilər. Bu addımın gələcəkdə savadlı mütəxəsislərin yetişməsinə stimul verəcəyini bildirdilər İki il müddətində tələbələr ingilis dilində təhsil almaqla yanaşı, alman dilini də öyrəniblər. Simnarə Həmidqızı




13:00 / 22.10.2015     Çap et  Çap et