Lider TV

Daha 1126 dərman vasitəsinin qiyməti ucuzlaşdı


Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurası daha 1126 dərman vasitəsinin qiymətini təsdiqləyib. Bu gündən təsiredici maddə qrupuna aid olan 1126 dərman vasitəsindən 47-si vahid qiymətdə satılacaq. Qalan 1049 dərmanın qiyməti isə dekabrın birindən qüvvəyə minəcək. İndiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib. 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə isə, satışda olan dərman preparatlarının 98%-i üzrə qiymətlər endirilib. Dərman preparatlarının qiymətlərinin ucuzlaşması sakinlər razılıqla qarşılayıblar. Oktyabrın 20-dək daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin qəbulu elan edilib. Dərman vasitələrinin siyahıları ilə www.tariff.gov.az saytında tanış ola bilərsiz. Fidan Əliheydər




13:00 / 06.10.2015     Çap et  Çap et