Lider TV

Fermerlərin problemləri yaxın günlərdə həllini tapacaq


Fermerlərə şad xəbər! Yaxın günlərdə mühərrik və sürtkü yağlarından istifadəyə görə, subsidiyaların verilməsinə başlanılacaq. Bundan əlavə pambığın satışında yaranan çətinlik də həllin tapmaqdadır. Ölkə rəhbərinin tapşırığı ilə subsidiyaların əkinçilərə çatdırlma mexanizmi təkmilləşdirilib. Proses ağır olduğundan subsidiyaların verilməsində bir qədər gecikmə yaranıb deyən, kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, bu həftədən etibarən subsidiyaların verilməsinə başlanılacaq. Neftçalada jurnalistlərin suallarını cavablandıran nazır «Lider» televiziyasının bir neçə gün əvvəl işıqlandırdığı problemə də aydınlıq gətirib. Heydər Əsədovun sözlərinə görə, pambığın satışında yaşanan çətinlik qısa müddətdə aradan qaldırılacaq. Ölkədə yetişdirilən digər kənd təsərrüfatı məhsullarının birbaşa istehlakçılara çatdırlması və bazarlarda qiymətlərin tənzimlənməsi istiqamətində də tədbirlər görülür. Bunun üçün ən yaxşı vasitə kənd təsərrüfatı yarmarkaları olduğundan bu obyektlərin fəaliyyəti yenidən bərpa olunur. Elman Əliyev




19:00 / 18.09.2015     Çap et  Çap et