Lider TV

Quraqlıq almanın keyfiyyətini aşağı salıb


Qubada alma bağlarından bu ilin ilk məhsulunun toplanmasına başlanıb. Yayın quraq keçməsi meyvəyə təsirsiz ötüşməyib. Suvarma sarıdan yaşanan çətinlik almanın inkişafdan qalmasına səbəb olub. Hazırda bağlardan tezyetişən sortlar yığılır. Bağanların dediyinə görə, tez yetişən sortların satış qiyməti ilə yanaşı, məhsuldarlığı və keyfiyyəti onları qane edir. Hər il alma yetişən zaman meyvənin üzərində pars xəstəliyi daha çox müşahidə edilir. Bu da meyvənin kefiyyətinə təsir göstərərək alıcılığ qabiliyyətini aşağı salır. Bu il isə almanın üzərində pars xəstəliyi müşahidə edilmir. Qeyd edək ki, tezyetişən sortlar qubadakı alma bağlarının cəmi 10 faizini təşkil edir. Yerdə qalan bağların vəziyyəti isə ürəkaçan deyil. Quraqlıq payızlıq almanın keyfiyyətini olduqca aşağı salıb. Qubada demək olar ki, bütün suvarma kanallarında eyni vəziyyət hökm sürür. Rayon suvarma sistemləri idarəsinin baş mühəndisi israfil bağırovdan aldığımız məlumata görə, quraqlıq səbəbindən çaylarda suyun səviyyəsi normadan 5 dəfə aşağı düşüb. Nəticədə kanallar vasitəsilə təsərrüfatlara suyun verilməsi çətinləşib. Buradan da belə çıxır ki, indi ümid qalır güclü yağışların yağmasına. Bunu isə yalnız gözləmək lazımdır… Yusif Mahmudov




13:00 / 22.08.2015     Çap et  Çap et