Lider TV

Bu videoya 7 milyon dəfə baxılıb


Argentinada velosipedçinin şleminə yerləşdirilən videokamera onun basqına qaldığı anları lentə alıb. Belə ki, hərəkət edən velosipedçiyə motosikl idarə edən qarətçi yaxınlaşaraq, tapança ilə təhdid edib və çantasını ona verməyi tələb edib. Velosipedçi ona məhəl qoymayaraq yoluna davam etdikdə qarətçi onun yolunu kəsib. Bu zaman kişi velosipedi atıb və qaçaraq xilas olub. Bu görüntülərin əks olunduğu video çarxa bir həftə ərzində 7 milyon dəfə baxılıb.




13:00 / 28.07.2015     Çap et  Çap et