Lider TV

Yeni dünya rekordu


Fransada hava şarlarının uçuşu üzrə dünya rekordu qırılıb. Havaya eyni vaxtda 433 hava şarı qalxıb. Şamble-Byusser şəhərində keçirilən hava şarı festivalında 40-dan çox ölkənin nümayəndəsi iştirak edib. Festivalda müxtəlif formalı şarlar böyük marağa səbəb olub. İzləyicilərin daha çox diqqətini çəkən isə böyük ev və şampan şərabı butulkası formasında şarlar olub. Qeyd edək ki, hər il keçirilən bu rəngarəng festivalda dünyanın müxtəlif ölkələrindən yüzlərlə pilot iştirak edir. Möhtəşəm festivalı minlərlə insan izləyir.




19:00 / 27.07.2015     Çap et  Çap et