Lider TV

Bəbir məktəbdə


Hindistanın cənubunda gündüz vaxtı bir bəbir məktəbə girib. Bunu görən şagirdlər və müəllimlər təşvişə düşüb. Məktəbdəki bütün uşaqlar təcili təxliyyə edilib. Təhsil müəssisəsinin əməkdaşları isə heyvanı boş bir otağa qovmağa müvəffəq olub. Bəbir burada stolun altına girərək gizlənib. Hadisə zamanı müəllimlərdən biri əlindən xəsarət alıb. Bir müddətdən sonra isə hadisə yerinə gələn baytarlar bəbirə yuxu gətirən iynə vuraraq onu yatızdırıblar.




19:00 / 24.07.2015     Çap et  Çap et