Lider TV

“Qəbələ” və “İnter”in növbəti sınağı


Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləçək. Turnirdəki təmsilçilərimiz “Qəbələ” və “İnter” növbəti mərhələyə vəsiqəni təmin etməyə calışaçaqlar. “İnter” və “Qəbələ” cavab oyunları çərçivəsində rəqibləri ilə görüşə yerli azarkeşlər önündə çıxacaqlar. Serbiyadan minimal hesablı məğlubiyyətlə qayıdan “Ağ-qırmızılar” növbəti mərhələyə yüksəlmək ücün rəqibini ən az 2 top fərqi ilə üstələməlidir. Sarı vərəqə limitini aşan Vitali Vernidubla və Georgi Floresku Qəbləyə kömək edə bilməyəcək. 8-ci km qəsəbə stadionunda keçiriləçək matcın start fiti saat 21-də səslənəcək. Oyunda ədaləti çexiyalı Radek Prjixodanın başçılıq etdiyi hakimlər briqadası qoruyacaq. İslandiyada 2:1 hesablı qələbə qazanan “İnter” isə növbəti mərhələnin bir addımlığındadı. Paytaxt təmsilçisini “Hafnarfyordur”la ev oyununda heç-heçəylə yanaşı, 0:1 hesablı məğlubiyyət də qane edir. Qeyd edək ki, “İnter Arenada” saat 21:00 da baş tutacaq oyunu ukraynalı Semyon Slonçak idarə edəcək.




13:00 / 23.07.2015     Çap et  Çap et