Lider TV

Pluton barədə unikal video


NASA "Yeni üfüqlər" planetlərarası stansiyasının Pluton planetinin üzərindən uçuşu zamanı qeydə aldığı unikal videonu yayımlayıb. Videoçarx göy cismindən 77 min kilometr məsafədən çəkilən fotoların montajından hazırlanıb. Şəkilləri yaxından incələyən alimlər bildiriblər ki, planetdə geoloji aktivliyin və dağların olduğu aydın görünür. Təxminən 3 min 400 m hündürlüyündə buz qatı ilə örtülən həmin dağların yaşının 100 milyondan az olduğu ehtimal olunur. Bu isə planetin geoloji baxımdan hələ də aktiv olduğunu sübut edir. Qeyd edək ki, "Yeni üfüqlər" adlı kosmik aparat 10 ilə yaxındır səfərdədir və bu müddət ərzində o, təxminən 4,7 milyard km məsafə qət edib.




13:00 / 19.07.2015     Çap et  Çap et