Lider TV

«İnter»dən möhtəşəm qələbə


Ötən gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Görüşlərini səfərdə keçirən təmsilçilərimiz vətənə fərqli nəticələrlə dönüblər. İslandiyada “Hafnarfyordur”la qarşılaşan “İnter” hesabda geri düşməsinə rəğmən, əzmkarlıq nümayiş etdirib. 39-cu dəqiqədə Haymir Qudnason dəqiq penalti zərbəsiylə meydan sahiblərini sevindirsə də, bu üstünlük yalnız fasiləyədək davam edib. 54-cü dəqiqədə matçın baş hakimi hafnarfyordurluları 11 metirlik cərimə zərbəsi ilə cəzalandırıb. Topa yaxınlaşan Nika Kvekveskiri hədəfdən yayınmayıb, 1-1. Cəmi 7 dəqiqə sonra Diyeqo Martins “İnter”in qələbə qoluna imza atıb. Beləliklə səfərdə rəqibini 2-1 hesabı ilə məğlub edən ölkə çempionatının gümüş mükafatçısı bir həftə sonra, Bakıda keçiriləçək cavab qarşılaşması öncəsi böyük üstünlük əldə edib. Turnirdəki digər təmsilçimiz “Qəbələ” Serbiyanın “Çukariçki” komandasının qonagı olub. Oyunun taleyini cəmi bir qol həll edib. 53-cü dəqiqədə Rafael Santosun Slavolyub Srniçiçə qarşı kobudluğu qəbələlilərə penalti bahasına başa gəlib. Bundan isə Stoylkoviç maksimum yararlanaraq “Çukariçki”yə minimal hesablı qələbə qazandırıb, 1-0. Qeyd edək ki, hər 2 kollektivimiz cavab oyuna bir həftə sonra Bakıda çıxacaq.




13:00 / 17.07.2015     Çap et  Çap et