Lider TV

Yanğınların miqyası genişlənir


Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarında törətdiyi yanğınların miqyası günü-gündən genişlənir. Ermənilər bu dəfə Ağdamın Yusifcanlı, Mərzili və Bağbanlar kəndlərinə od vurublar. Güclü alov Qarqar çayının sol sahili boyunca yayılıb. Nəticədə yaşayış məntəqələri ilə yanaşı, min hektarlarla ərazidə flora təbəqəsi tamamilə yanaraq külə dönüb. Həmin istiqamətlərdə hazırda da tüstü müşahidə olunur.




13:00 / 08.07.2015     Çap et  Çap et