Lider TV

Bağlanış mərasimi dünya mediasında geniş işıqlandırılıb


«Bakı 2015» ilk Avropa Oyunlarını 17 gün ərzində diqqət mərkəzində saxlayan dünyanın tanınımış telekanalları bağlanış mərasiminə də eyni həssaslıqla yanaşıb. Mərasimlə bağlı bir çox media qurumunda ətraflı reportajlar, xəbərlər yer alıb. Rusiyanın «Rossiya 24» telekanalı «Bakı-2015» ilk Avropa Oyunları ilə bağlı yekun süjet hazırlayıb. Materialda yarışların sonadək gərgin mübarizə şəraitində keçdiyi, rusiyalı idmançıların Avropa Oyunlarındaki üstünlüyü diqqətə çatdırılıb. Həmçinin jurnalist vurğulayıb ki, bağlanış mərasimində milli elementlərin əks olunması xüsusi marağa səbəb oldu. Bununla yanaşı, reportajda Azərbaycan böyük idmanla qısa müddətli vidalaşdığı, yaxın zamanda dünyanın paytaxtımızın təqdimatında «Formula 1» və futbol yarışlarını izləyəcəyi qeyd olunub. Rusiyanın birinci kanalı da «Bakı-2015» ilk Avropa Oyunlarının bağlanış mərasimi haqda geniş reportaj hazırlayıb. Videomaterialda bildirilir ki, yüksək səviyyədə təşkil olunan yarış dostluq bayramı kimi keçdi. Bağlanış mərasimi isə əsl şənliyə çevrildi. Məşhur «sportsmaks.tv» internet resursu da Avropa Oyunlarının bağlanış mərasimi haqda məlumat verib. Xəbərdə vurğulanır ki, möhtəşəm təşkil olunan tədbirə dünya şöhrətli ulduzlar qatılıb. «Frans press» agentliyində isə «Bakı-2015» ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı xəbər yerləşdirib. Qeyd olunub ki, atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi. Vüqar Səfərli




19:00 / 29.06.2015     Çap et  Çap et