Lider TV

İnsanlar bağlanış mərasimindən xoş təsüratlarla ayrıldılar


Bakıda 17 günlük idman marafonu möhtəşəm bağlanış mərasimi ilə yekunlaşdı. Bakı Olimpiya Stadionunda Avropa qitəsi yenidən biraraya gəldi. Mötəbər idman tədbirinin bir neçə dəqqiqə öncə yekunlaşmasına baxmayaraq stadiona toplaşan hər kəs yarışları artıq nostalji hisslərlə xatırlayırdı. Əlbətdə. Bu müddət ərzində nəinki, paytaxtımız elə bütün ölkəmiz inanılmaz idman ab havasına büründü və bu hər bir Azərbaycan vətəndaşında ölkəsi üçün böyük qürur hissi yaratdı. Odlar yurdu bağlanış mərasimində növbəti dəfə də öz alovunu dünya ilə bölüşdü. Bu alovun işığı isə nəinki mərasimdə iştirak edənlərin həmiçinin milyonlarla azərbaycanlıların qəlbində yaşayacaq.
Bağlanışa toplaşan on minlərlə insanın gözü qarşısında Azərbaycanın müasir və tarixi memarlıq abidələrini eləcədə, şərəfli müstəqillik yolu canlandırıldı. Buda onu deməyə əsas verir ki, ölkəmizin böyük mədəniyyətinin təbliği olan Avropa Oyunlarının son akkordu elə bağlanış mərasimidir. Diqqət çəkən isə bura toplaşan avropalı qonaqlraın fikirlər oldu. Oyunlarda ən çox medalla sahib çıxan və turniri birinci yerdə başa vuran rusiya federasiyasının azarkeşləri də öz emosiyaları ilə bağlanış mərasiminə rəng qatdılar. Mərasimə planetin uzaq ölkələrindən təşrif buyuranlarda oldu.
«Bakı 2015» Avropa Oyunlarının “Oyanış” adlı bağlanış mərasimi bütün Avropa qitəsinin müasir idman tarixini yazan Azərbaycanın dünyaya növbəti sülh, dostluq mesajı oldu. 17 gün ərzində arenalarda, azarkeşlər evində, möhtəşəm coşğu yaşandı. İndi əminliklə demək olar ki, Azərbaycan Avropa Oyunlarını qüsusrsuz təşkilatçılıqla yekunlaşdırdı. İndi isə növbə hər birimizindir. Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb onu dünya ilə paylaşmaq və bu alovu simurq quşu kimi ölməz etmək.

Tural Azəroğlu




13:00 / 29.06.2015     Çap et  Çap et