Lider TV

Bağlanış mərasimini canlı izləmək üçün minlərlə insan Dənizkənarı Milli Parka toplaşdılar


Avropa Oyunlarının bağlanış mərasimi Dənizkənarı Milli Parkda birbaşa yayımlanıb. Minlərlə tamaşaçı oyunların bağlanış mərasimini izləmək üçün milli parka toplaşıb.
Bağlanış mərasiminin başlamasına bir dəqiqədən az vaxt qalıb. Və milli parka toplaşanlar səbirsizliklə birbaşa yayımın başlamasını gözləyir.
Bu gün xaricdə yaşayan həmvətənlərimizin böyük əksəriyyəti vətəndədir. Onlar möhtəşəm Avropa Oyunlarını izlmək üçün vətənə gəliblər. Bu gün isə xaricdən gələn həmvətənlərimiz bağlanış mərasimini izləmək üçün milli parkdadırlar.
Bağlanış mərasimini milli parkda izləyənlər Azərbaycanın mükəmməl təşkilatçılığını saatlarla alqışladılar. Hər kəs də böyük sevinci hissi var idi. Amma eyni zamanda ara bir həzin sükut yaşanırdı. Hər kəsi müəyyən bir kədər hissi də bürümüşdü. Qızmar yay aylarının 17 hərarətli günü, 17 unudulmaz anı başa çatırdı. Heç kim Avropa Oyunlarının bitməsini istmirdi. Xüsusilə gənclər Azərbaycan bayrağına sarılıb, sanki yarışları təkrar olaraq göz önündə canlandırırdılar.
Avropa oyunları başa çatdı. Hər sonluq isə bir başanğıcın təməlidir. Tarixdə ilk dəfə təşkil olunan Azərbaycanımızın ev sahibliyi etdiyi Avropa Oyunları bəşəriyyətin yeni ən nüfuzlu idman yarışlarının ön sözü oldu. «Oyunların bu dərəcədə mükəmməl təşkil olunması onu göstərdi ki, Azərbaycan Yay Olimpiya Oyunları keçirməyə qadir bir ölkədir.

Vüsal Qaraca




13:00 / 29.06.2015     Çap et  Çap et