Lider TV

Bağlanış mərasimi bölgələrdə maraqla qarşılanıb


«Bakı 2015» ilk Avropa Oyunlarının bağlanış mərasimi bölgələrdə coşqu ilə qarşılanıb. Möhtəşəm tədbir bəzi şəhər və rayonların mərkəzi meydanlarında quraşdırılan iri monitorlardan da izlənib. Bu baxımdan Astaranın dənizkənarı parkı xüsusi diqqət çəkib. Yüksək səviyyəli idman bayramının bağlanış mərasimini açıq havada monitorlardan izləmək başqa bir zövq idi. Bir araya gələn yüzlərlə insan bununla həm də sevincini bölüşürdü. Mərasimə bulvarda tamaşa edənlər təkcə astaralılar deyildi. Böyük bir əksəriyyəti qonşu rayonların sakinləri və paytaxt Bakıdan gələn turistlər təşkil edirdi. Qeyd edək ki, birinci Avropa Oyunları başlayan gündən sonadək Astara bulvarına gələnlər buradakı iki monitor vasitəsilə fasiləsiz olaraq oyunları izləyə biliblər.

Vurğun Məmmədov




13:00 / 29.06.2015     Çap et  Çap et