Lider TV

İlk Avropa Oyunlarının bağlanışı da açılışı kimi möhtəşəm oldu


İlk Avropa Oyunlarının bağlanışı da açılışı kimi möhtəşəm oldu. Sloveniya Olimpiya Komitəsinin prezidenti Boqdan Qabroveç «Lider» TV-yə müsahibəsində belə deyib. Bildirib ki, bütün dünyanın diqqətində olan ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olunub. Azərbaycan bununla bütün dünyaya nümunə olduğunu bir daha sübut edib. Qeyd edək ki, Sloveniya nümayəndə heyəti artıq vətənə qayıdıb. Ümumiyyətlə bu gündən Avropa Oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətləri vətənlərinə qayıtmağa başlayıblar.




13:00 / 29.06.2015     Çap et  Çap et