Lider TV

Ruslar qızıl medal qazandılar


İlk Avropa Oyunlarının sonucu günüdə çimərlik futblu yarışlarına da yekun vurulub. «Bakı-2015»-in qalibi Rusiya millisi olub. İtaliya gümüş, Portuqaliya isə bürünc medala sahib olub. Azərbaycan komandası turniri 8-ci yerdə bitirib. Çimərlik futbolu yarışlarının 5-ci günündə öncə 7-8 ci yerlər uğrunda Azərbaycan-Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirdi. Gərgin keçən oyunda Macarıstan yığması 3:2 hesabı ilə qalib gəldi. Qeyd edək ki, Macarıstan yığmasına məğlub olan komandamız Avropa Oyunlarını səkkizinci pillədə başa vurdu. Qızıl medal uğrunda həlledici qarşılaşmada Rusiya-İtaliya yığmaları üz-üzə gəldilər. Ruslar ardıcıl olaraq, 3 top vurub irəli keçsələr də, italyanlar bunlardan 2-nin əvəzini çıxa bildilər. Amma bundan artığına gücləri çatmadı. Rusiya aktivinə 79-cu qızıl medalı yazdırdı. Qeyd edək ki, Avropa Oyunlarının çimərlik futbolu yarışlarında 8 milli komanda mübarizə aparıb.




21:00 / 28.06.2015     Çap et  Çap et