Lider TV

Avropa Oyunların möhtəşəm bağlanış mərasimi keçirilib


17 gün Bakıda davam edən bayram əhval ruhiyyəsinə Avropa Oyunların möhtəşəm bağlanış mərasimi ilə də yekun vurulub. Mərasim geriyə sayımla başlayıb. Sayım sıfıra çatdıqda dövlət himni yeni orengemanda ifa olunaraq, Azərbaycan bayrağı ucaldılıb. Daha sonra milli musiqi, rəqs və memarlığımızın dünəni ilə bu gününün vəhdəti nümayiş etdirilib. 500-dən artıq rəqqasənin ifası və heyranedici səhnə effektləri maraqla qarşılanıb . Mərasimdə birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək idmançıları və azarkeşləri salamlayıb. I Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də oyunların maraqla keçdiyini vurğulayıb .




21:00 / 28.06.2015     Çap et  Çap et