Lider TV

Hamı səbirsizliklə bağlanış mərasimini gözləyir


Bu gün birinci Avropa Oyunlarının sonuncu günüdür. Görəsən, bu mötəbər idman tədbiri ölkə vətəndaşlarının, eləcə də xarici qonaqların yaddaşında nə ilə qaldı. Möhtəşəm açılışa şahid olan insanlar bağlanış mərasimini necə təsəvvür edirlər. Ölkəmiz ilk Avropa Oyunları ilə dünyanın idman tarixində bir iz qoydu. Həm də silinməz iz. Misli-bərabəri olmayan açılışa imza atan Azərbaycan, yarışlar boyu da milli dəyərlərimizi ən gözəl şəkildə əcnəbilərə nümayiş etdirdi. Məhz bu amil odlar yurduna olan maraq və diqqəti bir qədər də artırdı. İlk Avropa oyunları qonaqlarla yanaşı, ölkə vətəndaşlarının da yaddaşına həkk olunub. Xüsusilə, oyunları arenalarda izləyənlər heyranlıqlarını gizlədə bilmirlər. İstər paytaxt sakinləri, istərsə də əcnəbilərlə söhbət zamanı bir şeyə əmin olduq. İdmansevərləri indi daha çox bir şey maraqlandırır. Görəsən, bağlanış mərasimi necə olacaq? İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə bizi cəmi bir neçə saat ayırır. Yarışlar bitsə də, görünür onun sədası hələ uzun illər duyulacaq. Gülnar İlqarqızı




17:00 / 28.06.2015     Çap et  Çap et