Lider TV

Təhlükəsizlik yüksək səviyyədə təşkil edilib


Yüksək təşkilatçılıq və gərgin əmək nəticəsində ərsəyə gələn «Bakı 2015» ilk Avropa Oyunları artıq başa çatmaq üzrədir. Bütün bu günlər ərzində həm ökəmizə gələn xarici nüqmayəndələrin, həm də yerli əhalinin təhlükəsizliyi ilə bağlı görülən işlər diqqəti çəkən məqamlardandır.
Avropa Oyunları zamanında təhlükəsizliyin yüksək səviyyədə təminində digər güc strukturları kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını da böyük zəhmət var. Hərbi qulluqçular digər xoşagəlməz halların baş verməməsi üçün üzərlərinə düşən vəzifəni layiqincə görür.
Daxılı Qoşunların şəxsi heyəti yarış və qeyrı-yarış obyektlərının təhlükəsizlıiyinin qorunmasında tam səfərbər olunub. Perimetr boyu hərbi qulluqçular xidmət aparır. Oyunlara qatılan idmançıların arenalara daşınması üçün istifadə edilən avtobuslar gün ərzində nəzarətdə saxlanılır. Hərbi qulluqçular həmçinin arenalara daxil olan və çıxan nəqliyyat vasitələrində də yoxlama-axtarış tədbırlərını həyata keçırirlər. Nəzarət-buraxılış məntəqələrındə buraxılış rejımınə cıddı rıayət olunur.
Avropa Oyunları zamanı ölkədə asayişın, təhlükəsızliyin qorunması əsas vəzıfələrdən bırı ıdı. Hərbi qulluqçularımız da tam bir heyətlə bu çətin və məsuliyyəli işin öhdəsindən gəlməyi bacardılar.
Elvin Güloğlanoğlu




15:00 / 28.06.2015     Çap et  Çap et