Lider TV

Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırıla bilər


Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırıla bilər. Avropa olimpiya Komitələrinin prezidenti Patrik Hikki «Bakı-2015»lə bağlı keçirdiyi mətbuat konfransında belə deyib. «Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq. Yarışın ilk təşkilatçısı Azərbaycan olduğundan, bundan sonrakı Avropa Oyunlarının rəmzi start nöqtəsi Bakı sayılacaq. Mən 4 ildən bir təşkil olunacaq oyunların məşəlinin də məhz Bakıdakı Atəşgahda yandırılmasını təklif etmişəm. Məşəlin burdan götürülməsi gözəl olardı. Bu oyun uzun müddət yaddaşlardan silinməyəcək. Azərbaycan təşkilatçılığı ilə yarışların gələcək ev sahibləri üçün örnək olacaq. Ölkəniz bununla da Yay Olimpiya Oyunlarını da qəbul etməyə hazır olduğunu nümayiş etdirdi».




15:00 / 28.06.2015     Çap et  Çap et