Lider TV

Badminton yarışları başa catmaqdadır


Avropa Oyunlarında badminton yarışları başa catmaqdadır. Günün ilk yarısında Bakı İdman Sarayına toplaşmış azarkeşlər qadınların və kişilərin fərdi, eləcə də qarışıq cütlüklərinin yarımfinal görüşlərinə şahidlik ediblər.
Qadınlar arasında fərdi yarışlarda maraqla gözlənilən görüşdə danimarkalı Lin Kjaersfeld bolqarıstanlı Petya Nedelçeva ilə üz-üzə gəldi. Gərin mübarizə şəraitində kecən görüş Skandinaviya təmsilçisinin qələbəsi ilə başa catdı. 21:18 və 21:14. Bu qələbə sayəsində Lin adını finala yazdırmaqla azı gümüş medalı özünə təmin etdi.
Həllediçi görüşdə danimarkalı idmancının rəqibi ispaniyalı Klara Arzumendini cətinliklə mübarizədən kənarlaşdıran belçikalı Tan Lian olacaq.
Qarışıq cütlüklərin mübarizəsində isə fransalı Qetan Mittelheyser və Audri Founteyn cütlüyü irlandialı Sam və Şloye düetinə hər iki setdə qalib gələrək qızıl medala iddialı olduğunu ortaya qoydu.




15:00 / 27.06.2015     Çap et  Çap et