Lider TV

Avropa Oyunlarının nəticələri ölkəmiz üçün yeni imkanlar açır


“2024-cü ildə Yay Olımpıya Oyunları azərbaycanda keçirilə bilər. Hazırlığımızı gözdən keçırəcəyık”. Bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. Avropa oyunları əməliyyatlar komitəsinin baş direktoru Saymon Kleqlə birgə keçirdiyi mətbuat konfransında nazir, yarışlarda Azərbaycan idmançılarının nəticələrini də müsbət qiymətləndirib. “12 gün ərzındə yığmamız ikincı yerdə qərarlaşıb. Sevınırık kı, medal sıralamasında da mövqeyımızı qorumuşuq” deyən gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarında Azərbaycan yığmasının uğurlu çıxışına toxundu. Bildrdi ki, hətta qılıncoynatma, triatlon kımı ənənəvi olmayan yarışlarda komandalarımız uğurlu nəticə göstrir. Nazir, ümumilikdə isə oyunlara dünyada marağın yüksək olduğunu dedi.
Nazir Azərbaycanın Yay Olımpıya Oyunlarına ev sahıblıyı etmə perspektıvını də dəyərləndırdi. Onun fikrincə, qarşıdakı ıllərdə buna zəmin hazırlanacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq isə oyunları arenalarda izləmək istəyənlərin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, ötən gün keçirilən cüdo yarışında tamaşaçı yerlərinin 75 faızi dolub. Bu gün 9 məkanda baş tutan yarışlara isə 29 min bilet satılıb.
Qeyd edək ki, ümumilikdə Avropa Oyunlarında 25 ölkə qızıl, 40 ölkə isə gümüş və bürüc medallar qazanıb. 194 dəst medal artıq sahıblərınə çatıb, 159-u isə növbəti oyunlarda təqdim olunacaq.

Simnarə Həmizdızı




15:00 / 26.06.2015     Çap et  Çap et