Lider TV

Voleybolçularmız gərgin mübarizə əzmini sona qədər qoruya bilmədilər


«Bakı-2015” birinci Avropa Oyunlarında voleybol yarışlarının yarımfinal mərhələsi baş tutub. Millimiz Türkiyə yığmasına qarşı gərgin mübarizə ilə yadda qalan oyun keçirib.
Avropa Oyunlarının tarixi qarşılaşmalarından biri də Azərbaycan-Türkiyə qadınlardan ibarət yığmalarının yarımfinalda oyunu oldu. Kristal hola bu qarşılaşmanı izləmək üçün 4500 nəfərdən çox azarkeş toplaşmışdı. Oyunun prinsipiallığını artıran şərtlərdən biri də komandamızın revanş matçına çıxması oldu. Bütün setlər gərgin mübarizə şəraitində keçdi və üstünlük komandalar arasında dəyişdi. Hər iki yığma istər bloklarda , istərsə də hücümda möhtəşəm oyun sərgilədi. 4-cü setdə hesab bərabər olduğundan komandalar əlavə təyin olunan setdə güclərini sınadılar. Burda isə Azərbaycan millisi minimal fərqlə məğlub olaraq final mərhələsinə adlaya bilmədi. Komandamız 3-2 hesabı ilə məğlub oldu.
Türkiyə yığması blokda möhtəşəm oyun sərgilədi. Ay ulduzlu komandanın baş məşqçisi bildirdi ki, karyerası ərzində iştirak etdiyi ən vacib oyunlardan biri Azərbaycan yığmasına qarşı oldu. Azrkeşlər millimizi sona kimi dəstkləməsi, rəqib komanda da müəyyən psixoloji baryerlər yaratdı.
Voleybolçularımız bürünc medal uğrunda görüşdə Serbiya ilə qarşılaşacaq. Qardaş Türkiyə komandası isə finalda Polşa yığmasına qarşı mübarizə aparacaq.

Tural Azəroğlu




09:00 / 26.06.2015     Çap et  Çap et