Lider TV

Boksçumuz tarixi uğura imza atıb


Boksçumuz tarixi uğura imza atıb. İlk Avropa Oyunlarında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov finalda italiyalı rəqibi Valentino Manfredonia ilə qarşılaşıb. Boksçumuz hər üç raundda üstün döyüş sərgiləyib. Dəqiq zərbələri daha çox olan Teymur Məmmədov qarşılaşmanın qalibi elan olunub. Bununla da, bosçumuz Avropa Oyunlarının çempionu olub.
Avropa Oyunlarının cüdo yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Orxan Səfərov final qarşılaşmasında rusiyalı rəqibi Beslan Mudranovla qarşılaşıb. Orxan rusiyalı rəqibinə məğlub olaraq, Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənib.




21:00 / 25.06.2015     Çap et  Çap et