Lider TV

Qadın basketoblçularımız qələbə qazandılar


Avropa Oyunlarında basketbolun üçün-üçə yarışlarında kişi və qadın idmançılar arasında 8-də bir final mərhələsinin oyunları keçirilib. Qadın basketbolçularımız qələbə qazanaraq, növbəti mərhələyə yüksəliblər. Qadın basketbolçularımız litvalı həmkarları ilə qarşılaşdılar. Onlar rəqibləri üzərində 17:10 hesablı inamlı qələbə qazandılar.
Bundan başqa digər qarşılaşmalarda İsveçrə İsraili, Slovenya Belçikanı, Ukrayna Slovakiyanı, Yunanıstan-Ruminyanı, Rusiya Niderlandı, İrlandiya Çexiyanı məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.




21:00 / 25.06.2015     Çap et  Çap et