Lider TV

Yarışlarda anşlaqdır


“Bu gün keçirilən yarışlara bıletlərın hamısı satılıb” . Bunu Bakı-2015 ilk Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq, keçirdiyi mətbuat konfransında deyib. O, kassalarda biletin olmamasını oyunlara marağın böyük olması ilə izah edib. Mətbuat konfransında Saymon Klek ötən gün başlayan çimərlık futbolu üzrə yarışlara da toxundu. Bildirdi ki, yarış üçün yaradılan arenanın dünyada analoqu yoxdur. Ötən gün 7 məkanda oyunları 18 mın 700-dən çox tamaşaçı izləyib. Bu da orta hesabla 81 faız göstərici deməkdir.
Oyunların Avropada da maraqla izlənildiyini deyən baş direktor, bunu yarışların uğuru kim qiymətləndirdi. «Bakı-2015» I Avropa Oyunları ılə bağlı mətbuat konfransında ıştırak edən Azərbaycan Gımnastıka Federasıyasının baş katıbı Fərıd Qayıbov hesab edır kı, Avropa Oyunları gımnastıka üçün də böyük şans oldu.
Bağlanış mərasımınə bütün biletlərin satıldığını deyən Kleq, bilet ala bilməyənləri mərasimi Dənizkənarı Milli Parkdakı böyük ekrandan ızləməyə çağırdı.

Simnarə Həmidqızı




15:00 / 25.06.2015     Çap et  Çap et