Lider TV

Qılınoynatma yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşəcək


Bu gün qılınoynatma yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşəcək. «Bakı kristall zalı»-nda keçirilən yarışda kişilər rapira, qadınlar isə sablya növündə mübarizə aparacaqlar. Kişilərin mübarizəsində ölkəmiz təmsil olunmur. Qadınların yarışında isə 4 idmancımız - Sevinc Bünyadova, Fatimə İbrahimova, Səbinə Mikina və Sevil Bünyadova meddallar uğrunda qılınc oynadırlar. Ümumilikdə, qadınların yarışında 36 idmancı 6 qrupda mübarizə aparır. Kişilər arasında on altıda bir final mərhələsi uğrunda yarışlar gedir.




11:00 / 25.06.2015     Çap et  Çap et