Lider TV

Rusiya yığma komandası inamla irəli gedir


Azarkeşlər evində Rusiya yığma komandasının növbəti medallar qazanması münasibəti ilə rəsmi mərasim keçirilib. Görüşdə birinci Avropa Oyunları çərçivəsində yarışan rus yığma komandasının atıcılıq və sambo idman növləri üzrə idmançsıları iştirak edib. İdmançılar yarışlar barədə fikirlərini açıqlayıblar. Təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirən idmançılar yarışlar zamanı yadda qalan məqamları bölüşüblər.
Sambo üzrə çıxış edən idmançılar isə deyir ki, görüşlər çətin keçib lakin yarış zamanı samboçuların emosiyaya qapılmaması qələbə ilə nəticələnib.
Qeyd edək ki, təkcə ötən gün keçirilən görüşlər zamanı Rusiya yığma komandası atıcılıq üzrə 4 bürünc sambo idmanı üzrə isə üç bürünc və 5 qızıl medal qazanmaqla reytinq sıralanmada öz mövqeyini daha da gücləndirib.

Murad Salmanov




09:00 / 23.06.2015     Çap et  Çap et