Lider TV

"Sabun köpükləri" adlı festival keçirilib


Paytaxtımızda "Sabun köpükləri" adlı festival keçirilib. Təxminən 100 - ə yaxın gənc yüngül və zərif sabun köpüklərini göyə sovurublar. "Bakının bir gününü göy qurşağı kimi rəngarəng və unudulmaz edək!" şüarı adı altında keçirilən flaşmob öz möhtəşəmliyi ilə seçilib. Bu isə həm sakinlərin həm də şəhərimizə gələn turistlərin marağına səbəb olub. Paytaxtın mərkəzində baş tutan festival daha sonra Fəvvarələr meydanında və Gənc Tamaşaçılar Teatrının qarşısında davam etdirilib. Bu cür flaşmobların keçirilməsində məqsəd isə gənclərin asudə vaxtlarını daha maraqlı keçirməyə xidmət etməkdir.




09:00 / 08.06.2015     Çap et  Çap et