Lider TV

Açıq futbol çempionatının startı verilib


«Beynəlxalq qan donorluğu günü»nə həsr olunmuş açıq futbol çempionatının startı verilib. Aksiyanın birinci Avropa Oyunları ərəfəsində keçirilməsi idmanın böyük çağırış olduğunu göstərməkdir. Yarışda donorlardan ibarət 16 kamanda iştirak edir. İştirakçılar müxtəlif iştimai birlik və şirkətləri təmsil edirlər. Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarış, qan donorluğunun təbliğatı məqsədi daşıyır. Turnir həm də donorluğa çağırış aksiyası kimi nəzərdə tutulub.
Turnirdə iştirak edən bütün kamandaların heyyəti həm də qan verəcək. Turnir bir neçə mərhələdən ibarət olacaq. Final görüşü isə birinci avropa oyunlarının başladığı günə təsadüf edəcək.
Birinci Avropa Oyunları idmanın, eləcə də həyatın bütün sferalarını öz təsirini göstərir. Ele qan donurlarının birinci açıq futbol çempianatı da buna əyani sübutdur.
Nurlan Vilaytoğlu




21:00 / 06.06.2015     Çap et  Çap et