Lider TV

Xəsarət alanların müalicəsi davam etdirilir


Səhiyyə Nazirliyinin məlumatına görə çoxmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib. Həmin şəxslərdən 34 nəfəri Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 nəfər Travmatologiya Və Ortopediya İnstitutuna, 1 nəfər Yanıq Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 14 nəfərin hazırda xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 12 -si toksikologiya mərkəzində müalicə olunur. Onlardan 6-sı reanimasiya, 6-sı isə palata şəraitindədir. Toksikologiya Mərkəzindən verilən məlumata görə xəsarət alanların vəziyyəti ağır stabil qiymətləndirilir.




13:00 / 20.05.2015     Çap et  Çap et