Lider TV

Həmsədrlərin səyləri uğursuzdur


«Təmas xəttində gərginliyin artması həmsədrlərin münaqişənin həlli istiqamətindəki səylərinin uğursuzluğunu nümayiş etdirir». ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik belə deyib. Bildirib ki, vasitəçilər vəziyyətin yaxşılığa doğru dəyişməsi və təhlükəsizliyin təmin olunması istiqamətində çalışırlar. «Biz istəyirik ki, münaqişə tərəfləri xalqlar arasında etimad mühitinin yaxşılaşmasına dair təkliflərimizi dəyərləndirsinlər», - deyə Uorlik bildirib.




13:00 / 14.05.2015     Çap et  Çap et