Lider TV

“L’opinion” qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub


Parisdə gündəlik nəşr olunan nüfuzlu “L’opinion” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal edildiyi xatırlanıb. Azərbaycan ilə Ermənistan arasında cəbhə xəttində atəşkəs barədə razılığın əldə edilməsinin mayın 12-də 21 ilinin tamam olmasının vurğulandığı yazıda münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun problemin danışıqlar yolu ilə həll etmək istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyi diqqətə çatdırılıb. Dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin köklərinin SSRİ-nin yarandığı dövrə təsadüf etdiyini diqqətə çatdıran müəllif 1988-ci ildən 1994-cü ilə kimi davam edən müharibə nəticəsində 30 min insanın həlak olduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Həmçinin Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonumuzun, ümumilikdə ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılıb.




09:00 / 12.05.2015     Çap et  Çap et