Lider TV

Onlayn əməliyyat aparılıb


Ölkədə ilk dəfə onlayn cərrahiyyə əməliyyatı həyata keçrilib. Milli Onkologiya Mərkəzinin təşkil etdiyi əməliyyat prosesi xaricdən dəvət edilmiş mütəxəssislər tərəfindən izlənilib. Dünya alimləri ölkəmizdə tibb sahəsindəki inkişafdan razı qalıqlarını bildiriblər.
Milli Onkologiya Mərkəzində böyrək daşlarının əməliyyatsız götürülməsi, böyrək, sidik kisəsi xərcəngi əməliyyatları həyata keçirildi. Əməliyyat prosesi konfrans zalındakı mütəxəssislər tərəfindən canlı izlənildi. Və müzakirə edildi. Xaricdən gələn mütəxəssislər əməliyyatın uğurla həyata keçirildiyini bildirdilər. Azərbaycanlı həkimlərin müasir tibbi avadanlıqlardan yüksək səviyyədə istifadə etdikləri vurğulandı.
Müzakirəyə çıxarılan bütün əməliyyatlarda xarici mütəxəssislərləyanaşı. Yerli cərrahlar da iştirak etdilər.
Onlayn əməliyyat Milli Onkologiya Mərkəzi və Uroloqlar Assosiyasının təlkişatıçılığı ilə keçirilən uroloqların birinci beynəlxalq konqresi çərçivəsində həyata keçirildi. Konqres işini bu gün yekunlaşdıracaq.
Təranə Ziyadzadə




13:00 / 05.05.2015     Çap et  Çap et